İqtisadiyyat

Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XIII iclası keçirilir

18-03-2019 | 12:45        

  

Prezident İlham Əliyevin təklifi ilə Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası başlayıb. Toplatıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

Azərbaycan neft bazarının tənzimlənmə prosesinə töhfəsini davam etdirəcək. Bu sözləri Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında Energetika naziri Pərviz Şahbazov dedi. Nazir qeyd etdi ki, bu tədbir Prezident İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur. Bildirildi ki, təklifin qəbulu neft bazarının tənzimlənməsi məqsədilə OPEC+ formatının yaradılması təşəbbüsü ilə çıxış edən Azərbaycan Prezidentinin enerji siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Vurğulandı ki, neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olunması məqsədilə Azərbaycan OPEC+ əməkdaşlığı çərçivəsində fəal rolunu bu gün də davam etdirir. Eləcə də bu formatda keçirilən tədbirlərə ev sahibliyi edir. İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanan təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə olunur. Həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçiriləcək.

Toplantı mövzu ətrafında çıxışlarla davam etdi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR