Xarici xəbərlər

Texasda neft emalı zavodunda güclü yanğın baş verib

18-03-2019 | 11:27        

  

ABŞ-ın Texas ştatında neft emalı zavodunda güclü yanğın baş verib. Hyuston şəhərində yerləşən müəssisədəki sisternlərdən birində başlayan yanğın bir neçə saat sonra ikinci çənə keçib. Alovla mübarizəyə çox sayda yanğınsöndürən cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmasa da, yaxınlıqda yaşayan sakinlərə evlərinı tərk etməmək tapşırılıb. Zavodda 13 milyon bareldən çox müxtəlif kimyəvi maddələrin saxlanıldığı bildirilir. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR