Xarici xəbərlər

Baş nazir Tereza Mey Böyük Britaniyanın Avropa Parlamentinə seçkilərdə iştirakına qarşı çıxıb

18-03-2019 | 11:25        

  

Baş nazir Tereza Mey Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair sazişi növbəti dəfə parlamentdə müzakirəyə çıxarmaya bilər. Bunu yerli mediaya müsahibəsində ölkənin ticarət naziri Filip Hammond deyib. Nazir əlavə edib ki, hökumət səsvermənin nəticələrindən arxayın olamayacağı təqdirdə sözügedən layihəni təkrarən deputatların müzakirəsinə təqdim etməyəcək.  Xatırladaq ki, sənəd yanvarın 15-də və martın 12-də parlamentin İcmalar palatasında müzakirəyə çıxarılsa da, hər dəfə səs çoxluğu ilə rədd edilib. Öz növbəsində Tereza Mey ölkə əhalisinin may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirakına da münasibət bildirib. Hökumət başçısının fikrincə Breksitə dair səsvermədən 3 il sonra yenidən avroparlamentə deputat seçmək yolverilməzdir. Yeri gəlmişkən, Britaniyanın sözügedən seçkilərdə iştirakı məsələsi Avropada çaşqınlıq yaradıb. Bir müddət əvvəl Avstriya Kansleri Sebastyan Kurts da Böyük Britaniyanın bu seçkilərdə iştirakına qarşı çıxmışdı. Yanvarda Avropa Parlamenti Britaniya üçün ayrılmış 73 yerin yarısının ləğvini, digər hissəsinin isə ölkələr arasında bölüşdürməsini təklif etmişdi. Breksitlə bağlı qeyri-müəyyənlik fonunda sözügedən məsələnin necə həll ediləcəyi hələ ki, bəlli deyil.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR