Xarici xəbərlər

Ermənistanda aksiyalar səngimir

18-03-2019 | 11:20        

  

Ermənistanda ictimai-siyasi xaos hökm sürür. İrəvanda narazı vətəndaşlar hökumət binasını mühasirəyə alıblar. Etirazçılar sosial problemlərinin həllini tələb edirlər.

Ermənistanın Armavir vilayətinin sakinləri İrəvana gələrələk müddətsiz etiraz aksiyalarına başlayıblar. Hökumət binasını mühasirəyə alan narazı kütlə 30 ildən artıqdır mənzil problemlərinin həll olunmadığını deyirlər. Spitakda baş vərən zəlzələ zamanı evləri dağılan Armavir sakinləri hələ də normal şəraitlə təmin olunmayıblar. Yerləşdirildikləri müvəqqəti yaşayış yerləri isə artıq istismar müddətini başa vurub. Sakinlərin sözlərinə görə son 30 ildə Armavir vilayətində 9 icra başçısı dəyişib.  Onların hər biri  vəziyyətin düzələcəyinə dair boş vədlər verib.  İrəvan şəhər 2-saylı dövlət regional kollecinin tələbə və müəllimləri də hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar qərəzli şəkildə vəzifədən kənarlaşdırılan direktorun  öz yerinə qaytarılmasını tələb edirlər. Bildirilir ki, təhsil naziri özünün yaxın adamını direktor vəzifəsinə təyin edib. Lakin onun pedaqoji sahədən anlayışı belə yoxdur. Müəllimlərin sözlərinə görə, onlardan aldıqları cüzi əmək haqqından pul də tələb olunur. Pulun isə nə üçün toplandığı açıqlanmır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR