İqtisadiyyat

Azərbaycan şərabları Düsseldorfda beynəlxalq şərabçılıq sərgisində nümayiş olunur

18-03-2019 | 11:15        

  

Azərbaycan şərabları Düsseldorfda keçirilən Pro Vayn beynəlxalq şərabçılıq sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan şərabları və spirtli içkiləri  “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edilir. 130 ölkədən 60 minə yaxın ziyarətçinin iştirak etdiyi sərgidə Azərbaycan məhsulları böyük maraqla qarşılandı. Ölkə stendini ziyarət edənlərə Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsulları barədə məlumatlar verilir, Azərbaycanın tarixi və mədəniyyətini özündə əks etdirən videoçarx nümayiş olunur, ölkə haqqında müxtəlif çap materialları iştirakçılara paylanılır. Sərgi çərçivəsində azərbaycanlı iş adamları potensial müştərilərlə əməkdaşlıq imkanlarına dair müzakirələr də aparırlar. Həmçinin şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olurlar.

Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında tanıdılması və təşviqi məqsədi ilə təşkil olunan dəstək tədbiridir. Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakla bağlı bütün xərclər dövlət büdcəsi hesabına qarşılanır. Yaradılan müsabiqə komissiyası sərgidə iştirak edəcək ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunan tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR