Siyasət

Albaniya Prezidenti İ.Meta: “Biz güclü, sabit Azərbaycanın yanındayıq”

15-03-2019 | 13:46        

  

“Biz güclü, sabit Azərbaycanın yanındayıq”. Albaniya Prezidenti İlir Meta Dövlət İdarəçilik Akademiyasında keçirilən görüşdə bu fikri səsləndirib. Bildirilib ki, Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Avropa İttifaqı və NATO-nun üzvü olan Albaniya hər zaman Azərbaycanın ərazi bötüvlüyünü və dövlət müstəqiliyini dəstəkləyib. Bu ölkənin Prezidenti İlir Meta ilə keçirilən görüşdə Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov hər iki ölkənin strateji müttəfiqliyindən danışdı. Onun sözlərinə görə, münasibətlər tərəfdaşlığa, ikitərəfli və çoxtərəfli səviyyədə siyasi dialoqa, elmi, iqtisadi, mədəni əməkdaşlığa əsaslanır. Rektor İlir Metanın iki ölkə arasındakı əməkdaşlıq, elm və təhsilin inkişafına layiqli töhfələr verdiyini də xatırlatdı. Albaniyanın dövlət başçısı İlir Meta hər dəfə Azərbaycana gələndə böyük dəyişikliklərin şahidi oluğunu vurğuladı. “Biz güclü, sabit Azərbayacanın yanındayıq” deyən Albaniya Prezidenti təhsil sahəsindəki əlaqələrdən danışdı. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan və bu istiqamətdə ölkəsinin fəaliyyətindən də söz açdı. Daha sonra Azərbaycan və Albaniya arasında elm və təhsil sahəsində əlaqələrin inkişafındakı xidmətlərinə görə qonağa Akademiyanın Fəxri doktoru adı verildi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR