Digər

Teleradio Akademiyası dinləyici qəbulu ilə bağlı müsabiqə elan edir

15-03-2019 | 12:44        

  

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Teleradio Akademiyasına dinləyici qəbulu ilə bağlı müsabiqə elan edir.

Müsabiqədə aparıcı, reportyor, redaktor, rejissor, montajçı və operator peşələrinə yiyələnmək istəyənlər iştirak edə bilərlər. 
Müsabiqəyə 30 yaşına qədər ali və ya natamam ali təhsili olan şəxslər qatıla bilərlər. Aparıcı və reportyor kurslarına qatılmaq istəyənlərin nitq qabiliyyəti və xarici görünüşü efirə uygun olmalıdır. 
Müsabiqədən keçən dinləyicilər:
• Teleradio Akademiyasında təhsil almaq imkanı qazanacaqlar; 
• Kursu bitirdikdən sonra onlara Akademiyanın sertifikatı təqdim ediləcək;
• Dinləyicilərin ən istedadlıları AzTV-də işlə təmin olunacaqlar.
Tədrisi Teleradio Akademiyasının və xaricdən dəvət olunan tanınmış mütəxəssisləri aparacaq.
Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini 2019-cu il aprelin 15-dək aşağıdakı e-mail ünvanına göndərməlidirlər: tvakademiya@aztv.az
Əlaqə nömrələri: 537 02 46, 537 02 32, mobil: 050 621 54 41.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR