Xarici xəbərlər

Ermənistanda etiraz aksiyaları səngimir

15-03-2019 | 10:45        

  

İrəvanda Lombard və valyutadəyişmə məntəqələrinin əməkdaşları, küçə ticarəti ilə məşğul olanlar bir neçə gündür ki, hökumət binası qarşısında aksiya keçirirlər. Onlar bu sahədə dövlət rüsumunun 60 dəfə artırılmasını nəzərdə tutan qanuna təklif edilən dəyişikliklərin ləğv olunmasını istəyirlər. Bildiririlir ki, ölkədə lombardlar hazırda 100 min dram, valyutadəyişmə məntəqələsi isə 50 min dram ödəyirlər. Yeni qanun layihəsi isə bu rüsumların müvafiq olaraq 6 milyon və 3 milyon dramadək artırılmasını nəzərdə tutur. Üstəlik Ermənistanın pul vahidi də dəyərini tirir. Hazırda 1000 erməni dramı 2,06 ABŞ dollarına bərabərdir. Tələblərinin yetirilmədiyini görən narazı kütlə Mərkəzi meydanda toplaşaraq etirazları daha geniş səviyyədə davam etdirməyə qərar veriblər. Bu cəhdləri isə boşa çıxıb. Meydanın yaxınlığında etirazçıların qarşısını kəsən polis onlara güc tətbiq edib. Nəticədə tərəflər arasında gərginlik artıb. İnsident zamanı 11 nəfərin yaralandığı deyilir. 16 nümayişçi polis şöbəsinə gətirilib. Bu ölkədə “məxməri inqilab”dan sonra baş tutan ilk genişmiqyaslı toqquşmadır. Bir qrup etirazçı isə İrəvan meri Ayk Marutyanın istefa görüş tələb edir. Onlar Opera və Balet Teatrının yaxınlığında yerləşən kafenin sökülməsinə qarşı çıxılar. Kafenin işçiləri söküntü işlərinə mane olmaq üçün müqavimət göstəriblər.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR