İqtisadiyyat

Azərbaycan-İran biznes və investisiya forumu keçirilib

14-03-2019 | 14:44        

  

“Azərbaycan-İran biznes və investisiya forumu” çərçivəsində İranın İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olan oğul və qızlarımızın xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra keçirilən forumda İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin dinamik inkişaf etdiyini bildirib. Qeyd edib ki, son 5 ildə ölkələrimiz arasında 25 biznes forum keçirilib. 2018-ci ildə iqtisadi-ticari əlaqələrin həcmi əvvəlki illə müqayisədə 74 faiz artıb. Sabah hökumətlərarası komissiyanın iclasından sonra Hacıqabul Sənaye Məhəlləsində İranla birgə “Scania” avtobuslarının istehsalına dair sənəd imzalanacaq. Yaxın vaxtlarda isə zavodun tikintisinə başlanılacaq. Eləcə də, Pirallahı Sənaye Parkında İranla birgə dərman istehsalı zavodunun tikintisinə start veriləcək. İranın İqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd isə vurğulayıb ki, ölkələrimiz iqtisadi sahədə uğurlu əməkdaşlıq mövcuddur. Bu, enerji, nəqliyyat, tranzit, turizm və digər sahələri əhatə edir və  müştərək müəsisələrin yaradılması ilə bağlı yaxşı perspektivlər var.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR