Xarici xəbərlər

Parlamentin İcmalar Palatası razılaşmasız “Breksit”in əleyhinə səs verib

14-03-2019 | 13:54        

  

Böyük Britaniya parlamentinin İcmalar Palatası ölkənin Avropa İttifaqından heç bir razılaşma əldə olunmadan çıxmasının əleyhinə səs verib. Parlamentin 321 üzvü razılaşmasız “Breksit”in əleyhinə, 278 üzvü lehinə olub. Səsvermənin hüquqi əsası olmasa da, Britaniya hökuməti üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilir. Baş nazir Tereza Mey dəfələrlə ölkənin seçim qarşısında olduğunu, parlamentin ya əldə olunmuş razılaşmanı dəstəkləməli, ya da xaosa gətirib çıxara biləcək razılaşmasız “Breksit”i seçməli olduğunu qeyd edib. Lakin İcmalar Palatası bu variantlardan heç birini qəbul etməyib. Qeyd edək ki, martın 12-də Palata ölkənin Avropa İttifaqından çıxmasına dair razılaşmanı qəbul etməyib. Martın 14-də isə parlamentin “Breksit” prosesinin uzadılması məsələsini nəzərdən keçirəcəyi gözlənilir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR