Bölgələr

Bahar festivalı keçirilir

11-03-2019 | 12:38        

  

Baharın gəlişinə və Novruz bayramına sayılı günlər qalır. İndi hər kəs bayrama hazlırlıq görür. Bu il Qubadan başlayan “ASAN Həyat” Bahar festivalı isə Şəkidə davam etdirilib. Festival şəkililərə və qonşu rayonları sakinlərinə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Novruz bayramının adət-ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək, insanların bayram əhval-ruhiyyəsini artırmaq, bölgələrdə yaşayan müxtəlif xalqların milli mədəniyyətini, musiqisini, folklorunu, mətbəxini nümayiş etdirmək və tanıtmaq... Respublika Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin bölgələrdə təşkil etdiyi “ASAN Həyat” Bahar Festivalının əsas məqsədi budur. Şəki “ASAN Həyat” kompleksinin həyətində xalqımızın Novruz adət-ənənələrini özündə əks etdirən sərgilər, guşələr yaradılıb, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkaları təşkil edilib, Novruz bayramına aid personajların iştirakı ilə tamaşalar təqdim olunub. Pəhləvan və kəndirbazların oyunları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, idmançıların çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib.Festivalda qonşu Zaqatalanın nümayəndələri də geniş proqramla iştirak ediblər.

Rəqs və folklor kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Festival günlərində, həmçinin “ABAD Gastro Village” layihəsi çərçivəsində food trucklarda “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı da həyata keçirilir. Festival sənətkarlara da əl işlərini nümayiş etdirmək imkanı yaradıb.

ASAN həyat” komplekslərində Bahar festivalı bu ildən keçirilir. İlk festival Qubada təşkil olunub. Növbəti illərdə bu festivalın miqyasının daha da genişləndirilməsi nəzərdə tutulur.

Şəkidə ASAN xidmət Bahar Festivalı martın 12-si axşam saatlarınadək davam edəcək. Festivalın növbəti ünvanı isə Masallı “ASAN həyat” kompleksi olacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR