Xarici xəbərlər

Ermənistanda aksiyalar səngimir

11-03-2019 | 11:52        

  

Ermənistanda evsiz vətəndaşlar hökumət binası qarşısında etiraz aksiyalarına başlayıblar. Narazı kütlə baş nazirlə görüş tələb etsə də, buna nail ola bilmir.

İrəvanın mərkəzində yerləşən məhəllələrin birinin sakinləri hökumət binası qarşısında mer Hayk Marutyandan şikayət edir. Onlar evlərindən zorla çıxarıldıqlarını bildirirlər. Qeyd olunur ki, bir neçə ay əvvəl aldadılaraq yaşadıqları mənzillər əllərindən alınıb. Zərərçəkmişlərə kompensasiya belə ödənliməyib. Əvəzində evləri sökülərək yerində maşın bazarı tikilib. 30 ildən çoxdur zəlzələdə evi dağılan ailələr də hökumət binası qarşısında aksiya keçirirlər. Baş nazirə çağırış edən etirazçıların sözlərinə görə, 1988-ci ilin dekabrın 7-də Spitak zəlzələsi kimi tarixə düşən Ermənistandakı dağıntıların fasadları hələ də öz həllini tapmır. Yüzlərlə ailə  bu müddətdə ev sahibi olmağın ümidi ilə yaşayır. Belə ailələrdən biri də 68 yaşlı Gümrü sakini Aryevik Asatryandır. Onun sözlərinə görə, ailəsini yataqxanaya köçürəndə söz veriblər ki, 1 ilin ərzində sizi yeni evlə təmin edəcəyik. Üzərindən 30 il keçməsinə baxmayaraq zəlzələdən zərərçəkənlər hələ də acınacaqlı, dözülməz vəziyyətdə yaşayırlar. Onlar 30 ildir döymədikləri qapı qalmadığını deyirlər. “Biz hansı və neçənci əsrdə yaşayırıq. Dəfələrlə Şirak vilayətinin rəhbərliyinə, Ermənistanın keçmiş prezidentlərinin hamısına yazılı olaraq müraciət etmişik. Şikayətlərin heç bir müsbət nəticəsi olmayıb. Serj Sarkisyan ilk dəfə 2008-ci ilin fevral ayında prezident seçkilərinin  təşviqat zamanı Gümrüdə olarkən  şəxsən özü bizim  bu yaşayış şəraitimiz gördü və söz verdi ki, tez bir zamanda bu mənzildə təmir-bərpa işləri görüləcək. Atıq biz bu ölkədə heç kimə inanmırıq. Bizim bir arzumuz var. Heç olmasa, bizi həbs etdikləri köhnə, qəzalı tikililəri təmir etsinlər”.   Etirazçılar yağıntılı  havada vəziyyətin daha dözülməz olduğunu da bildirirlər. Onlar Afrika qitəsinin ən geridə qalmış ölkələrində belə bu cür şəraitin olmadığını etiraf edirlər. İnterpol tərəfindən axtarışda olan Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan tezliklə Ermənistan istintaq komitəsinə təhvil verilə bilər. Bu barədə “İravunk” qəzeti yazır ki,  Narek Sarkisyan hazırda Çexiyadadır. O, qanunvericliyin bir-neçə maddəsi ilə təqsirkar bilinib. Aparılan istintaq araşdırmaları nəticəsində Narek Sarkisyan küllü miqdarda rüşvətalma, dələduzluqda və 1 nəfərin ölümündə şübhəli bilinir. Keçmiş prezidentin qardaşı oğlu ötən ilin iyununda  ölkədən qaçıb.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR