Xarici xəbərlər

Almaniya prezidenti antisemitizmlə mübarizədə daha qətiyyətli olmağa çağırıb

11-03-2019 | 10:57        

  

Almaniya prezidenti Frank Valter Ştaynmayer antisemitizmlə mübarizədə daha qətiyyətli olmağa çağırıb. Ölkə prezidenti bu bəyanatı Nürnberqdə keçirilən ənənəvi “Qardaşlıq həftəsi” tədbirinin açılışı zamanı səsləndirib. Dövlət başçısı bildirib ki, təkcə dövlət deyil, həm də vətəndaş cəmiyyəti bu işdə fəal olmalıdır. Onun sözlərinə görə, bütün dinlərin təmsilçiləri və ateistlər arasında dialoq təşkil olunmalı və antisemitizmin bütün təzahürlərinə qarşı mübarizə aparılmalıdır. Ştaynmayer qeyd edib ki, o, prezident olaraq baş verən hər bir antisemitizm cinayətinə görə, utanc hissi keçirir. Antisemitizm üzərində tam qələbəyə nail olunmadığını deyən Ştaynmayer bu tendensiyanın yalnız Almaniyada deyil, digər Avropa dövlətlərində də baş verdiyini diqqətə çatdırıb. Qeyd edək ki, açıqlanan rəsmi statistikaya əsasən, Almaniyada antisemitizm cinayətləri 2018-ci ildə ötən illə müqayisədə 10 faiz artıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR