Xarici xəbərlər

“New Financial”: ““Breksit”in Böyük Britaniyanın maliyyə sektoruna təsiri gözləniləndən daha güclüdür”

11-03-2019 | 10:53        

  

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının ölkənin maliyyə sektoruna təsiri gözləniləndən daha güclüdür və vəziyyət getdikcə daha da pisləşəcək. Bu qənaətə “New Financial” araşdırmalar mərkəzinin ekspertləri gəlib. Təşkilatın rəhbəri Uilyam Rayt hesab edir ki, Britaniyanın Avropa maliyyə və bank sektoruna nüfuzu azalacaq, sənayedən vergi daxilolmaları və Avropa İttifaqına maliyyə xidmətlərinin ixracı aşağı düşəcək. Araşdırmaya əsasən 275 maliyyə şirkəti 1,2 trilyon dollar həcmində aktivlərini Britaniyadan çıxardacaq, 5000 işçi köçürüləcək və bu rəqəm qarşıdakı illərdə daha da artacaq. Şirkətlərin ölkədən çıxarılması prosesinə 4 milyard dollara yaxın vəsaitin sərf olunacağı gözlənilir. Hesabat müəlliflərinin hesablamalarına görə 100-ə yaxın şirkət Dublinə köçə bilər. Lüksemburqa 60, Parisə 41, Frankfurta 40, Amsterdama 32 şirkətin köçəcəyi gözlənilir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR