Cəmiyyət

“Qadınlar Dayanıqlı İnkişafa Doğru” adlı tədbir keçirilib

07-03-2019 | 15:06        

  

Qadınlar cəmiyyətin müxtəlif sahələrində fəal iştirak edirlər. Hazırda sahibkarların 30 faizini qadınlar təşkil edir. “Qadınlar Dayanıqlı İnkişafa Doğru” adlı tədbirdə bu barədə məlumat verilib.

8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunan “Qadınlar Dayanıqlı İnkişafa Doğru” adlı tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq-alim,akademik Zərifə Əliyevanın da xatirəsi anıldı.

“2018-ci ilin yekunları: Dövlət qadın siyasəti” adlı filmin nümayiş ilə başlayan tədbirdə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikini oxudu. Ölkə cəmiyyətində qadınların rolundan danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova son illərdə qadınların aparıcı qüvvəyə çevrildiyini vurğuladı. Dedi ki, əgər 2012-ci ildə sahibkar qadınlar 17% idisə, hazırda bu rəqəm 30 faizdən yüksəkdir.  “Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir”,-deyən Baş nazirin müavini Əli Əhmədov qeyd etdi ki, təhsil, səhiyyə sahəsində qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən üstündürlər. Azərbaycan qadınları əmək sferasının ən fəal iştirakçılarındandır. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai də Azərbaycan qadınlarını bayram münasibəti ilə təbrik etdi. Sonra Azərbaycan elmi və mədəniyyətinin inkişafında, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan bir qrup qadına mükafatlar təqdim edildi. Tədbirdə incəsənət ustalarının çıxışı da oldu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR