Cəmiyyət

I sinfə sənəd qəbulunun vaxtı açıqlanıb

07-03-2019 | 12:33        

  

Martın 11-dən I sinfə sənəd qəbuluna başlanacaq. Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün sənəd qəbulu isə martın 13-də start veriləcək. Bu il I sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə genişlənir. Mingəçevir, Yevlax, Şirvan, Naftalan və Samuxda şagirdlərin məktəbələrə qəbulu elektron qaydada aparılacaq. Bakıda qeydiyyatda olduğu ərazidə deyil, başqa ərazidəki məktəbə övladlarını qoymaq istəyən valideynlər üçün yenilik tətbiq olunub. Əvvəllər bunun üçün valideynlər Təhsil Nazirliyinə rəsmi şəkildə müraciət edirdilər. Uşağın məktəbə yaxın ərazidə yaşaması, valideynlərdən birinin həmin məktəbdə işləməsi və ailədəki uşaqlardan birinin həmin məktəbdə təhsil alması qəbul zamanı üstünlük kimi nəzərə alınır. Əgər valideyn üçün bu üstünlük hallarından heç biri yoxdursa, onda onun adı “gözləmə siyahısı”nda qeyd ediləcək. Yeni yer yarananda bu siyahıda adı olan ilk şəxsin uşağı yaşayış qeydiyyatı üzrə ərazidə yerləşməyən məktəbə daxil ola biləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR