Xarici xəbərlər

“Breksit”lə bağlı danışıqlarda heç bir razlııq əldə edilməyib

07-03-2019 | 11:33        

  

Brüsseldə Avropa İttifaqının “Breksit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnye ilə Böyük Britaniyanın baş prokuroru Cefri Koks arasında görüş keçirilib. Görüşdə Britaniyanın “Breksit” məsələləri üzrə naziri Stiv Barkli də iştirak edib. Avropa Komissiyasınımn sözçüsü Marqaritis Sxinas bildirib ki, danışıqlar konstruktiv mühitdə keçsə də heç bir razılıq əldə olunmayıb. Yaranmış vəziyyətdən çıxış yolu tapmaq məqsədilə Böyük Britaniyaya yeni təkliflər irəli sürmək üçün 48 saat vaxt verilib. Avropa İttifaqı rəsmiləri bəyan ediblər ki, martın 8-dək məqbul ideyalar irəli sürülsə, onlar həftə sonuna kimi fasiləsiz işləyəcəklər. Bu arada, bu gün fəaliyyətə başlayan Cenevrə avtomobil sərgisi ərəfəsində bəzi istehsalçılar Britaniyanın Avropa İttifaqından razılıqsız çıxması ehtimalına münasibət bildiriblər. BMW şirkəti belə olacağı təqdirdə Britaniyada istehsalı dayandıracağını elan edib. Bu da 4500 nəfərin iş yerini itirməsi ilə nəticələnəcək. “Aston Martin” şirkəti isə Britaniya bazarında rəqabət şərtləri yüngülləşsə də, yeni gömrük rüsumlarına görə Avropa bazarındakı mövqeyini itirəcəyini iddia edir. Skay Nyus saytı xəbər verir ki, Britaniya hökuməti razılıqsız “Breksit” olacağı təqdirdə 90%-dək məhsulu gömrük rüsumundan azad edə bilər. Lakin bütün detallar parlamentdə martın 12-də keçiriləcıək səsvermədən sonra bəlli olacaq.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR