Xarici xəbərlər

Ermənistanda kəndlilər yolu bağladılar

07-03-2019 | 10:54        

  

Ermənistanda Armavir vilayətinin sakinləri sosial problemlərinin həlli məqsədi ilə Eçmiadzin-Marqara avtomobil yolunu bağlayıblar. Onlar yollarının təmirini tələb edirlər. Sakinlər məsələ ilə bağlı dəfələrlə vilayət administrasiyasına müraciət etdiklərini bildirirlər. “Orada bizə yolun asfaltlanmasının 50 faizini yerli hakimiyyətin, qalanını isə icmanın maliyyələşdirməsini təklif etdilər. Bizim buna imkanımız yoxdur. İş yerləri yaratsınlar, bizim də maliyyə vəziyyətimiz düzəlsin. Özümüzü çətin dolandırırıq,  yol çəkməyə pulu  hardan tapaq? Seçkilər zamanı bura Ermənistandan xeyli sayda vəzifəli şəxs gəlmişdi. Onlar bizi aldadıb getdilər. İndi də 50 faiz - 50 faiz söhbəti edirlər. Bizim vəsaitimiz olsaydı, heç onlara müraciət etməzdik”- deyə sakinlər narazılıqlarını bildirirlər. Qeyd edilir ki, 2,5 km avtomobil yolunun asfaltlanmasına 50 milyon dram yəni 102 min 43 dollar  maliyyə vəsait lazımdır. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR