İdman

Bakıya gələcək əcnəbilərin viza prosedurları sadələşdirildi

07-03-2019 | 09:57        

  

Gələn ay Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-Prisini izləyəcək əcnəbilərin viza prosedurları Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla sadələşdirilib. Sürət yarışını işıqlandıracaq media nümayəndələrinin qeydiyyat prossesi də artıq başa çatıb.

Növbəti “Formula 1” Azərbaycan Qran-Prisinin daha maraqlı olacağı bildirilir. Sürət yarışına dünyada böyük diqqət var. Belə bir mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsi Odlar Yurdunu əcnəbilər arasında daha da populyarlaşdırır. Nəticədə hər ötən il Azərbaycana Formula1-i izləməyə gələnlərin sayı artır. Bu amil nəzərə alınaraq  turistlərin qeydiyyat prosesi asanlaşdırılır. Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi ilə bağlı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları Prezident İlham Əliyevin sərəncamına əsasən sadələşdirilib.

Nigar Arpadarai - Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri:

- Çoxsaylı xarici vətəndaşların Azərbaycana gəlişini gözləyirik. Bununla bağlı hər il olduğu kimi bu il də Azərbaycan Respubıikasının prezidentinin sərəncamı çıxıb ki, bu sərəncamda bileti olan insanlar və ya müəyyən akreditasiyası olan insanlar gəlib vizalarını hava limanında əldə edə biləcəklər. Bu asanlaşdırılmış rejimdir və bizə ildən ilə çox kömək olur ki xarici vətəndaşların gəlməsi maneəsiz keçsin. Ümumilikdə isə asan viza vasitəsi ilə 3 gün ərzində viza əldə etmək mümkündür.

Sərəncama əsasən, Dövlət Miqrasiya Xidməti də ölkəyə  uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2019 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Formula 1 Azərbaycan Qran-Prisində media nümayəndələrinin qeydiyyat prossesi də başa çatıb.

Bundan əvvəlki sürət yarışlarında Bakı Şəhər Halqası yarışlar  zamanı  azarkeşlərin etimadını doğrulub. Bu dəfə də həmin uğurlu missiyanın davamı gözlənilir. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR