Analitika

Məmur-vətəndaş münasibətlərində yeni nümunə

06-03-2019 | 17:09        

  

Prezident İlham Əliyevin sosial islahatlar paketi hökumət qarşısında da yeni tələblər qoyur. Yeni mərhələdə hər bir dövlət strukturundan birmənalı şəkildə şəffaflıq, çeviklik, mobillik və vətəndaşlarla daha sıx təmasda işləmək tələb olunur. Bu çağırışlara uyğunlaşmaqda bütün digər alətlərlə yanaşı,yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan son dönəmlərdə ayrı-ayrı dövlət qurumlarının rəhbərlərinin sosial media üzərindən vətəndaşlarla görüşünün təşkili, onların suallarını onlayn şəkildə cavablandırması yeni müsbət yanaşma olmaqla innovativ hökumətin formalaşmasının ifadəsidir.

Bir müddət öncə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Facebook-da canlı yayımla gördüyü işlər barədə hesabat verdi, eyni zamanda, vətəndaşların suallarını cavablandırdı. Bu addım ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Canlı yayımı 20 mindən artıq istifadəçi izləmişdi ki, bu da sosial şəbəkənin Azərbaycan seqmenti üçün yetərincə yüksək göstərici sayılır.
Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sədri Vüsal Qasımlı da Facebook-da “Problemli kreditlərin həlli” mövzusunda canlı yayıma çıxıb və vətəndaşları maraqlandıran çox sayda sualı cavablandırıb.
Yenə bu gün eyni addımı Dövlət Gömrük Komitəsi (DGK) atıb və canlı yayımda vətəndaşların sualları cavablandırılıb. Bir saat davam edən canlı yayım zamanı 120-dən çox vətəndaş müraciət ünvanlayıb.
Komitədən bildirilib ki, canlı yayımda Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi Ceyhun Nəcəfli və Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi sərnişin dəhlizlərinin idarə olunması şöbəsinin rəisi Vasif Qurbanov sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıblar.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri bu yayımlara böyük maraq göstərir və yeni formalaşan ənənə böyük rəğbətlə qarşılanır.
Məlumat üçün bildirək ki, ölkəmizdə Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı 2 milyondan artıqdır.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR