Mədəniyyət

“Akademik” statusu alan teatrlar...

06-03-2019 | 17:00        

  

Ölkə başçısının ötən gün imzaladığı sərəncamla Dövlət Rus Dram Teatrı və Dövlət Musiqili Teatrı “Akademik” statusu alıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə Rus Dram Teatrına akademik statusun verilməsi ilə bağlı irəli sürülən təklif qısa müddətdə reallığa çevrildi.

Bu qərar mədəniyyət ocağının əməkdaşlarına bir sıra imtiyazlar yaradacaq. Elə teatrın baş rejissoru Aleksandr Şarovski ilə söhbətimiz də bununla bağlı oldu.

100 illiyinin astanasında olan teatrın kollektivi də verilən bu qiyməti yüksək dəyərləndirirlər.  

Mədəniyyət ocağının 100 illik yubileyi ərəfəsində ölkə başçısının sərəncamı həm teatr xadimləri, həm də sənətsevərlər üçün əsl hədiyyə oldu.

Prezident İlham Əliyevin “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” martın 3-də imzaladığı Sərəncam da milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrların əvəzsiz xidmətlərinə verilən dəyərin təzahürüdür. Bir sözlə, Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətin diqqət mərkəzindədir. İndi yaradıcı insanlara yalnız sənətləri ilə tamaşaçıları sevindirmək qalır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR