İqtisadiyyat

Ötən il Azərbaycan iqtisadiyyatı 1,4%, o cümlədən qeyri-neft sektoru 2% artıb

06-03-2019 | 16:54        

  

Ötən il Azərbaycan iqtisadiyyatı 1,4%, o cümlədən qeyri-neft sektoru 2%  artıb.  Dünya Bankının Azərbaycan Hökuməti ilə birgə təşkil etdiyi “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli forum”da aparılan islahatlardan danışılıb.

“Azərbaycan, Dağlıq Qarabağ və digər işğal olunan ərazilərdə iqtisadiyyatı inkişaf etdirə bilməsə də, ölkədə iqtisadiyyat şaxələndirilir, neftdən asılılığın azaldılması ilə bağlı işlər müsbət nəticə verir”. “İqtisadiyyatın şaxələndirilməsi -özəl sektorun rolu üzrə yüksək səviyyəli forumda Baş nazirin müavini Əli Əhmədov belə dedi. Onun sözlərinə görə,  iqtisadi islahatlar müasir çağırışlara cavab verəcək.

“Azərbaycan çox sürətlə inkişaf edir” deyən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon bu ölkənin dinamik inkişafının bundan sonra da davam edəcəyinə əminliyini bildirdi.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova hökumətin indiyədək Dünya Bankı ilə birlikdə 50-dən çox layihə reallaşdırdığını qeyd etdi. Bu layihələrə 4 mlrd. dollardan çox vəsait yönəldilib. Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə həyata keçrilən sosial islahatlar barədə məlumat verdi. “Azərbaycan elə bir vergi yükünə və vergi bazasına malik olmalıdır ki, özəl investorları stimullaşdırsın, biznesi rentabelli etsin”. Bu fikirlər isə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova məxsusdur. Bildirdi ki, hazırda Azərbaycanda nağdsız ödənişlər üçün infrastruktur var, amma institutsional problemlər mövcud potensialdan istifadə etməyə imkan vermir. Ona görə nağdsız ödənişlərin səviyyəsi artırılmalıdır. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Dünya Bankının Azərbaycanda 11 indikator üzrə təqdim etdiyi hesabata toxundu. O, ölkədə yeni sahələrə əhəmiyyət verildiyinə də diqqət çəkdi. 

Dünya Bankının ekpertləri də son illər Azərbaycanda neftdən asılılığın azaldığını, kimyəvi məhsul bazarına marağın artdığını qeyd etdilər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR