Siyasət

TBMM sədri Milli Məclisdə olub

06-03-2019 | 15:29        

  

Azərbaycana səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Nümayəndə heyətinin parlamentin sədri Oqtay Əsədovla keçirdİyi görüşdə iki dost və qardaş ölkənin mövcud münasibətlərinə və gələcək əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb. Oqtay Əsədov Azərbaycanla Türkiyənin strateji tərəfdaşlığının ən yüksək səviyyədə olduğunu vurğulayaraq bildirib ki, indiyədək ölkələrimiz arasında 230 sənəd imzalanıb və daha 30 sənəd imzalanması üçün hazırlanır. Spiker Azərbaycanla Türkiyənin birgə rellaşdırdığı beynəlxalq layihələrdən danışaraq bunun bütövlükdə regiona fayda gətirdiyini deyib. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop yeni statusda ilk səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Mustafa Şentop müasir dünyada parlament diplomatiyasının mühüm rolunu vurğulayaraq belə qarşılıqlı səfərlərin qanunverici orqanlar arasında əməkdaşlığı daha da inkişaf etdirəcəyinə əminliyini bildirib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR