İqtisadiyyat

““SHE Congress 2019”: Dəyişikliklərə doğru” qadınların liderlik və sahibkarlığına dair konqres keçirilib

06-03-2019 | 15:25        

  

Bakıda dəyişikliklərə doğru qadınların liderlik və sahibkarlığına dair 3-cü “SHE Congress 2019” keçirilib. “Azərbaycanda güclü və sahibkar qadınların sayı çoxalır. Artıq ölkəmizdə 200-dən çox qadın QHT-si var”. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan-Almaniya Birgə Proqramı çərçivəsində biznesin idarə edilməsi sahəsində Almaniyada ixtisasartırma kursu keçmiş iştirakçıların təxminən 20 faizdən çoxunu qadın sahibkarlar təşkil edir. Qadın sahibkarlığının inkişafı, o cümlədən qadın sahibkarlar üçün maarifləndirmə və konsaltinq xidmətləri, kreditləşmə və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılmasını əhəmiyyətli dərəcədə artıracaq.“Bildiyiniz kimi,agentlik yaradılan ilk gündən qadın sahibkarlığına xüsusi önəm yetirir, xüsusi dəstək göstərir və həmçinin bizim agentliyin yanında fəaliyyət göstərən ictimai şurada 15 assosiasiyadan ibarət olan qadın sahibkarları assosiasiyası təmsil olunur. Və bu çox gözəl bir platformadır ki, hansı ki biz bu assosiasiya vasitəsilə qadınların problemlərini öyrənə,onların təkliflərini dinləyə bilərik və öz növbəmizdə onlara müvafiq köməklik göstərməyə hazırıq”.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR