Cəmiyyət

Bakı Şəhər Regional Miqrasiya İdarəsinin qəbul şöbəsinin açılışı olub

06-03-2019 | 14:56        

  

Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Regional Miqrasiya İdarəsinin vətəndaşların qəbulu şöbəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Mərkəzdə müasir informasiya texnologiyalarından geniş istifadə edilib. Vətəndaşların müraciətlərini rahat qəbul etmək üçün elektron növbə sistemi, informativ monitorlar, onlayn məlumat əldə etmək üçün elektron tablolar və məlumat stendi quraşdırılıb. Bununla yanaşı, mərkəzə müraciət edənlər üçün ana və uşaq otağı, o cümlədən əlil arabalarından istifadə üçün bütün tələblər nəzərə alınıb. Xidmət rəisi Vüsal Hüseynovun sözlərinə görə, regionlarda da eyni standartlara uyğun sistemlərin yaradılması üzərində işlər aparılır və bu, bir neçəsində təkmilləşdirilərək reallaşdırılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR