Cəmiyyət

Problemli kreditlərlə bağlı təzminat alacaq vətəndaşların siyahısı müəyyənləşdiriləcək

06-03-2019 | 13:07        

  

Yaxın vaxtlarda problemli kreditlərlə bağlı təzminat alacaq vətəndaşların siyahısı müəyyənləşdiriləcək. Martın 15-dək fiziki şəxslərə kompensasiya ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək. Aprelin 15-dək isə Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanının əhatə etdiyi vətəndaşların siyahısı və onların alacağı təzminatın məbləği açıqlanacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı belə deyib. Bildirib ki, borclular haqqında bütün məlumatlar Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrində yer alır. Vətəndaşlar zəruri məlumatları, eləcə də alacaqları təzminat barədə məlumatları Maliyyə Bazarlarına Nəzarət Palatasının saytındanöyrənə biləcəklər. Əgər bir neçə bankdan götürdükləri kreditin ümumi məbləği 10 min dollardan çoxdursa, həmin şəxs fərmanın əhatə dairəsinə düşmür. Çünki fərman yalnız 10 min dollara və yaxud 17 min manata qədər kreditləri olan şəxsləri əhatə edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR