Xarici xəbərlər

Həbsxanada terror aktı törədilib

06-03-2019 | 10:40        

  

Fransanın Konde-sür-Sart həbsxanasında hücum törədilib. Məhbuslardan biri iki nəzarətçiyə  bıçaqla zərbələr endirdikdən sonra həyat yoldaşı ilə birlikdə həbsxananın görüş otağında gizlənib. Polisin keçirdiyi 2 saatlıq əməliyyat nəticəsində məhbus yaralı vəziyyətdə ələ keçib. Həyat yoldaşı isə aldığı xəsarətlərdən dünyasını dəyişib. Məhbusun bıçaqla yaraladığı nəzarətçilər xəstəxanaya yerləşdiriliblər. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə 30 yaşlı məhbus “İŞİD” qruplaşmasının təsiri altında hərəkət edib. Fransanın ədliyyə naziri Nikol Bellube hadisəni terror aktı adlandırıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR