Xarici xəbərlər

Baş nazir Stefan Löfven: ““İŞİD” tərkibində döyüşən isveçlilər öz ölkələrinə qayıda bilərlər”

06-03-2019 | 10:38        

  

“İŞİD” tərkibində döyüşən isveçlilər öz ölkələrinə qayıda bilərlər. Bu barədə İsveçin Baş naziri Stefan Löfven televiziyaya açıqlamasında məlumat verib. Onun sözlərinə görə, ölkəyə geri qayıdan döyüşçülər vətəndaşlıqdan çıxarılmayacaq. “Bu konstitusiyamıza ziddir” – Baş nazir belə deyib. O əlavə edib ki, İsveç höküməti bu insanlara öz vətənlərinə qayıtması üçün kömək etməyəcək. Ancaq öz imkanları ilə qayıtsalar, hər hansı bir İsveç vətəndaşı kimi bu hüquqlardan istifadə edəcəklər. Stefan Löfven, ölkəyə qayıdan hər bir “İŞİD” mənsubunun təhlükəsizlik qüvvələri tərəfindən ətraflı yoxlanışdan keçiriləcəyini deyib. “Günahı sübüta yetirilənlər cəzalarını çəkəcəklər” – Baş nazir vurğulayıb. Qeyd edək ki, Suriyada düşərgələrdə olan 200-ə yaxın “İŞİD” döyüşçüsünün İsveçə geri qayıtması xəbəri ölkədə böyük mübahisələrə səbəb olub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR