Xarici xəbərlər

Ermənistan ordusunda ölüm faktları gizlədilir

06-03-2019 | 10:33        

  

Ermənistan ordusunda ölüm faktları gizlədilir. Bu barədə parlamentin müdafiə məsələləri üzrə komitəsinin sədri Andranik Köçəryan məlumat verib. Hüquq müdafiəçisi Janna Aleksanyan da son bir ildə orduda baş verən neqativ halları şərh edərkən maraqlı faktlar açıqlayıb. İşğalçı ölkədə vətəndaş qarşıdurması da gözlənilir.

“Ermənistan silahlı qüvvələrində ölüm halları xalqdan gizli saxlanılır. Əvvəlcə bu məsələ araşdırılmalıdır. Faktlar niyə gizlədilir? Müdafiə Nazirliyinin məsul əməkdaşları il ərzində ölən əsgərlərin sayını düzgün qeydə almırlar. Ümumiyyətlə, son vaxtlar orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım müşahidə olunur. Bunun səbəbləri kökündən araşdırmalıdır. Günahı olan istənilən şəxs öz layiqli cavabını almalıdır istər general, istər zabit, istərsə də, istənilən hərbi xidmətçi”. Bu açıqlama ilə parlamentin müdafiə məsələləri üzrə komitəsinin sədri Andranik Köçəryan çıxış edib. Onun sözlərinə görə, bu ənənənin əsası Serj Sarkisyanın hakimiyyəti dövründə qoyulub və hələ də davam etdirilir. Ermənistanın hüquq müdafiəçisi Janna Aleksanyan da son bir ildə orduda baş verən neqativ halları şərh edərkən maraqlı faktlar açıqlayıb. Sitat: “Statistik məlumata görə, 2018-ci ildə Ermənistan ordusunda özünəqəsd intihar hallarının sayı 21 olub. Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 71-dir. Əgər bir əsgər öz canına qıyırsa, demək bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Eyni zamanda əsgər-komandir inamsızlığı, etimadsızlığı və nizamnamədən kənar halların baş verdiyi dayanır. Bir hüquqi məsul şəxs kimi deyə bilərəm ki, valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olmasıdır. Yəni əsgərlər alçaldılırlar və döyülürlər” Sitatın sonu. Aleksanyan əsgər Yurik Broyanın işgəncələrə məruz qalması faktına da toxunub. Bildirib ki, Broyanın psixi problemi var, sudurğa xəstəsidir və onu orduya aparıblar. Ermənistanda ictima-siyasi vəziyyət də gərginləşir. İşğalçı ölkədə vətəndaş qarşıdurması gözlənilir... Etiraz aksilarında içtirak edən tanınmış şəxslər bu fikirdədilər. Yazıçı-publisist Narek Malyan bu çıxışından sonra bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. 10 ilə yaxın müddətdə Ermənistan Daxili İşlər Nazirliyində müşavir vəzifəsində çalışan Malyan bunun planlı şəkildə edildiyini deyib. Zərərçəkmiş bildirib ki, Paşınyan bu cür hallar barədə dərindən düşünsün. Onun ətrafına topladığı insanların hamısı quldurdur. Aldıqları qrandlar hesabına isə ölkədə istədiklərini edirlər”.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR