Mədəniyyət

"Mədəniyyət sahəsində görülən işlər, aparılan islahatlar bundan sonra da davam etdiriləcək"

06-03-2019 | 09:11        

  

"Prezident İlham Əliyevin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə səsləndirdiyi fikirlər bu sahədə islahatları sistemli şəkildə görmək istədiyinin bariz nümunəsi idi". Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında belə deyib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü cəmiyyətdə böyük əks-səda doğurub. Görüşdə mədəniyyət və incəsənətin müxtəlif sahələrinin inkişafı ilə bağlı səsləndirilən fikirlər, qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib. Bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında səsləndirdi. Bildirdi ki, görüşdə Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə heykəllərinin ucaldılması ilə bağlı səslənən təkliflərin reallaşması müzakirə edilir. Abidələri hazırlayacaq heykəltəraşlar müsabiqə yolu ilə seçiləcək. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarlar, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək.

Vurğulandı ki, son illər mədəniyyət sahəsində görülən işlər, aparılan islahatlar bundan sonra da davam etdiriləcək. Dövlət başçısı mədəniyyət sahəsində islahatların həyata keçirilməsini sistemli şəkildə istəyir. Dövlət başçısının son günlər “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı sərəncamlar bu sahənin inkişafına əlavə təkan olacaq. Ümumilikdə mədəniyyət sahəsində həyata keçirilən islahatlar zamanı beynəlxalq təcrübədən istifadə olunması istiqamətində də zəruri addımlar atılacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR