Siyasət

Azərbaycanla Gürcüstan arasında dövlət auditi sahəsində əməkdaşlıq genişlənir

22-02-2019 | 16:44        

  

Azərbaycanla Gürcüstan arasında dövlət auditi sahəsində əməkdaşlıq genişlənir.Bu məqsədlə Gürcüstan Dövlət Audit Ofisinin baş auditoru Erekle Mekvabişvilinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. 

“Azərbaycanla Gürcüstan arasında əlaqələr yüksək səviyyədədir. Ölkələrimizin həyata keçirdiyi nəqliyyat, enerji və digər sahələrdə layihələr mühüm əhəmiyyət daşıyır”. Bunu deyən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, 2 ölkə arasında dövlət auditi sahəsində də uğurlu əməkdaşlıq var və hər 2 qurumun təcrübə mübadiləsi aparmaq üçün yaxşı potensialı mövcuddur.“Azərbaycanla Gürcüstan dost, qardaş ölkələrdir”. Bu sözləri isə Gürcüstan Dövlət Audit Ofisinin baş auditoru Erekle Mekvabişvili dedi. O, səfər çərçivəsində aparılacaq müzakirələrin faydalı keçəcəyinə əminliyini vurğuladı. Tədbirdə müxtəlif mövzularda məruzələr və təqdimatlar oldu. Sonda 2003-cü ildə Gürcüstan Dövlət Audit Ofisi və Azərbaycan Hesablama Palatası arasında Əməkdaşlıq çərçivəsində imzalanmış Anlaşma Memorandumu yenilənərək imzalandı.

İndiyədək Azərbaycan Hesablama Palatası 10-dan çox ölkənin Ali Audit Qurumu ilə əməkdaşlıq haqqında Saziş və Memorandum imzalayıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR