Cəmiyyət

Sumqayıt şəhərinin mərkəzində 1005 mənzildən ibarət yaşayış kompleksi məcburi köçkünlərin istifadəsinə veriləcək

22-02-2019 | 16:38        

  

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, indiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınaraq 300 minə yaxın vətəndaş yeni ev və ya mənzilə köçürülüb. Sumqayıt şəhərinin mərkəzində, Koroğlu prospektində inşa edilən və ötən il dekabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olan 1005 mənzildən ibarət yaşayış kompleksi də məcburi köçkünlərin istifadəsinə veriləcək.  Yeni mənzillərin bölgüsü üzrə ilk püşaktma mərasimi  keçirilib. Qeyd edək ki, mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi də quraşdırılıb. Məcburi köçkün ailələrin nümayəndələri əvvəlcədən ayrılmış otaq sayı üzrə bina və mənzilin nömrəsini müəyyənləşdirəcəklər. Bundan bir neçə gün sonra isə ailələrin yeni mənzillərə köçürülməsinə başlanacaq.