İqtisadiyyat

Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması asanlaşıb

22-02-2019 | 14:11        

  

Prezident İlham Əliyevin “Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmana etdiyi dəyişikliklərdən sonra sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurlarının sayı 2-yə, qoşulma müddəti isə 20 günə endirilib. Hazırda şəbəkəyə qoşulma prosesi onlayn sorğu vasitəsilə araşdırılır.

“Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları daha da sadələşdirilib. Bunun üçün  tələbatı 150 kilovatadək olan, elektrik şəbəkəsinə qoşulmaq istəyən sahibkarın “KOB evləri”, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə yaxınlaşması kifayətdir”. Bu barədə “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə sahibkarlarla keçirilən görüşdə bildirildi. Qeyd olundu ki, prosedura görə, artıq sahibkar kilovata uyğun ödənişini edir və dərhal elektron xəritə üzərindən obyektin yeri, ona ən yaxın məsafədə yerləşən güc mərkəzi təyin olunur və xəritədən çıxarış “ASAN portal”a yerləşdirilir. Texniki Şura üzvləri isə 10 gün ərzində xəttin istiqamətini  aidiyyəti qurumlarla razılaşdırır, texniki,şərti və layihə sənədlərinin hazırlanmasını təşkil edir. Növbəti 10 gündə isə Enerji Təchizat Müəssisəsi elektrik quraşdırma işlərini həyata keçirir.

Bununla da,vətəndaşlıq məmnunluğu təmin olunur. Və cəmi 20 gün ərzində sahibkarlıq obyekti enerji ilə təchiz edilir.