Xarici xəbərlər

“Azalmaqda olan biomüxtəliflik qida sənayesinin gələcəyini təhdid edir”

22-02-2019 | 13:42        

  

“Qlobal səviyyədə eyni ərzaq məhsullarının istehlakı qida təhlükəsizliyinin gələcəyini təhdid edir.” Bu barədə BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir. Dünyanın 91 ölkəsindən toplanan məlumatların təhlili nəticəsində bəlli olub ki, hazırda biomüxtəliflik ciddi təhdid altındadır və bunun əsas səbəbi antropogen fəaliyyətdir. Qurumun hesabatında deyilir ki, biomüxtəlifliyin azalması artmaqda olan dünya əhalisinin ehtiyaclarını qarşılamaq bacarığını zəiflədir. Belə ki, 6000 bitki növü qida sənayesi üçün yararlı olduğu halda, onlardan yalnız  200-ü istehlak olunur. Hesabatda həmçinin bildirilir ki, biomüxtəlifliyin məhv olması nətcəsində qida istehsalı quraqlığa, kütləvi xəstəliklərə, habelə zərərvericilərə qarşı daha həssas olacaq. Bu məqsədlə biomüxtəlifiyin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilməlidir.