Xarici xəbərlər

Ermənistanda vətəndaşlar hökumətdən narazıdırlar

22-02-2019 | 10:47        

  

Ermənistanda bir qrup vətəndaş İrəvanın təzə meri Hayk Marutyanın istefası tələbi ilə hökumət binası qarşısında aksiya keçirir. 500-ə yaxın taksi sürücüsü də onlara qoşulub.

“Tələbimiz İrəvan şəhər merinin istefasıdır”. Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirənlər belə deyirlər. İrəvan sakinlərinin sözlərinə görə, Hayl Marutyan mer seçkisindən əvvəl verdiyi heç bir sözün üstündə durmayıb. Taron Marqaryanın dövründə olduğu kimi şəhərin problemləri bitib-tükənmir. Nəqliyyat sistemi hələ də düzgün işləmir. Bu sahədə xidmətin səviyyəsi çox aşağıdır. Hökumətin idarəçiliyi fırıldaqçılıq üzərində qurulub, vəziyyət isə getdicə daha pis hal alır. 500-ə yaxın taksi sürücüsü də İrəvan sakinlərinin etiraz aksiyasına qoşulub. Meriyanın qarşısına toplanan narazı kütlə iki aydan çoxdur onlara verilən sözünün yerinə yetirilmədiyini bildirir. “Mer şəxsən biz taksi sürücüləri ilə görüşüdü. Araşdırmalar zamanı komisiyanın rəyindən sonra bəlli oldu ki,  elektron qaydada taksi sürücülərinə tətbiq edilən cərimə protokolu  düzgün tərtib edilməyib. Hazırda 5000-ə yaxın taksi sürücüsü məhkəmələrdə süründürülür. Bilmirik dərdimizi kimə deyək. Bizə kameranın səhvliyi ücbatından cərimə yazılıb. Mer Hayl Marutyan özü bunu təsdiqlədi və söz verdi ki, bir ayın içində sizin cərimələriniz silinəcək kameralar isə yeniləri ilə əvəz olunacaq. İki aydan çox vaxt keçib nə kameralar yenilənib nə də bizim cərimələr silinib” dəyə sürücülər qeyd edilər. Ermənistanın Baş Prokurorluğu isə baş nazirin keçmiş müavini Armen Qevorkyanın həbsini tələb edir. Bundan ötrü birinci instansiya məhkəməsinin qərarına yenidən baxılması üçün kassasiya şikayəti verilib. Bu barədə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr üzrə şöbəsini rəisi Arevik Xaçatryan bildirib. Onun sözlərinə görə, Qevorkyan Konstitusiya quruluşunun devirilməsinə kömək etməkdə, külli miqdarda rüşvət almaqda, “çirkli pulların yuyulması”nda ittiham edilir. Onun barəsində başqa yerə getməməklə bağlı qərar çıxarılıb. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, xalq 1-mart hadisələrini unutmalıdır.  O, həmin qanlı terrorun 11-ci ildönümü ilə əlaqədar martın 1-də 18:30-da İrəvanın mərkəzi meydanına yürüş edəcəklərini də bildirib. Paşinyan həmin gün xalqa müraciət edəcəyini açıqlayıb. Sitat: Qoy bilsinlər ki, bu ölkəni talayıb-daşıyanlar əsl cinayətkarlar kimlərdirlər. Rüşvətxorlar, korrupsionerlər, saxtakarlar özlərini diktator hesab edənlər kimlər idi”.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR