Cəmiyyət

21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur

21-02-2019 | 17:33        

  

21 fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Məqsəd dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunmasıdır.  Beynəlxalq Ana dili günü həm də hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Ana dilimiz dünyadakı 6000-dən çox dildən biridir.  Həm də ən zənginləri sırasındadır. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və onlar Azərbaycan dilində danışırlar. Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soykökü təyin edir. YUNESKO-da bu məqsədlə 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü kimi təsis edib. Məqsəd dilin təbliği, inkişafı və öyrənilməsinin bütün formalarını müdafiə etməkddir. Bu gün Azərbaycan dilinin inkişafına dövlət səviyyəsində xüsusi diqqət var. Bununla əlaqədar imzalanan çoxsaylı fərmanlar dahi lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Heç də təsadüfi deyil ki, Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sədaqətini nümayiş etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri də Azərbaycan və dünya klassiklərinin əsərlərinin Azərbaycan dilində, latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı sərəncam oldu.

Prezident İlham Əliyevin dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə bəslədiyi böyük hörmət və ehtiram indi də özünü qabarıq şəkildə göstərir. Dilimizin daim zənginləşdirilməsi üçün islahatlar aparılır.

Bu gün həm də Azərbaycan dili ölkəmizdə keçirilən mötbər yarışların, tədbirlər  nəticəsində əcnəbilərin də diqqətindədir. Onlar təhsil alırlar,  idman yarışlarında könüllü kimi fəaliyyət göstərirlər. Bununla yanaşı, dilimizi sevərək öyrənirlər.

Əcnəbi könüllülərin  fikirləri də təsdiqləyir ki, hər bir dil ayrılıqda dünya haqında bilik, onu görmək və anlamaq üçün vasitədir. Hər millətin özünəməxsus ana dili həmin toplumun mənəvi diriliyidir. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən, ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz. Ana dili insan şəxsiyyətinin inkişafının əsasını təşkil edir. Yəni hər bir kəs ömrünün axırınadək dilinə arxalanır. Bu baxımdan ulu öndər Heydər Əliyev belə tövsiyə edirdi. “Müstəqil Azərbaysanın gələcəyi üçün ən mühüm vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”. Heç şübhəsiz, milli kimliyimizin atributu olan Ana dilimizin saflığını, müqəddəsliyini qorumaq hər birimizin böyük vətəndaşlıq borcudur. Dilimizi qoruyaq...

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR