Siyasət

Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası keçirilir

21-02-2019 | 17:05        

  

Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası keçirilir. Sessiya çərçivəsində keçirilən daimi komitənin iclasında Dağlıq Qarabağ münaqişəsi gündəmə gətirilib.

ATƏT-ə üzv 57 ölkədən 300-ə yaxın deputatın iştirak etdiyi qurumun Parlament Assambleyasının 18-ci qış sessiyası keçirilən daimi komitənin iclasında Parlament Assambleyasının prezidenti Georgi Tsereteli təşkilatın ötən il ərzində göstərdiyi fəaliyyətə dair hesabatla çıxış etdi. Sonra ATƏT PA-nın baş katibi Roberto Montella və büdcə nəzarətçisi Doris Barnett hesabat verdilər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxışı zamanı münaqişələrdən əziyyət çəkən regionlarda, xüsusilə Cənubi Qafqazda uzun illər ərzində itirilmiş imkanların yenidən əldə edilməsinin Helsinki Yekun Aktının prinsiplərinə tam riayət etmək şərti ilə yalnız konstruktiv dialoq vasitəsilə mümkün olduğunu vurğuladı.

İclasda, həmçinin bu il aprelin 7-8-də Kopenhagendə keçiriləcək büro iclası, iyulun 4-8-də Lüksemburqda təşkil olunacaq 28-ci illik iclas, oktyabrın 3-6-da Mərakeşdə planlaşdırılan payız sessiyası və eləcə də,ATƏT Nazirlər Şurasının illik iclası çərçivəsində dekabrın 4-də Bratislavada keçiriləcək büro iclası, yaxın gələcəkdə mümkün tədbirlərin hazırlanması ilə bağlı məsələlər və proqram müzakirə edildi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR