Mədəniyyət

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Xalça Muzeyində olub

21-02-2019 | 14:47        

  

Ölkəmizə səfəri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Xalça Muzeyində olub. Qonaq ingilis dramaturqu Uilyam Şeksprin anadan olmasının 450 illiyi münasibətilə təşkil edilən “Şekspir xalça” müsabiqəsinin qalib əl işlərinin sərgisini ziyarət edib. Məlumat verilib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə 2016-cı ildə elan edilib. Münsiflər heyətinin qərarı ilə hər biri ayrıca nominasiyada fərqlənən üç xalça seçilib. Bu xalçalar bir ay ərzində muzeydə nümayiş ediləcək, sonra isə Böyük Britaniya muzeylərinə veriləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR