Cəmiyyət

“Xətai” metrostansiyası vaxtdan əvvəl istismara veriləcək

21-02-2019 | 11:38        

  

Bakı Metropoliteninin “Xətai” stansiyasının əsaslı təmir işləri davam edir. Eskalatorların dəyişdirilməsi və yenidənqurma tədbirləri ilə əlaqədar ötən ilin sentyabrından bağlanan stansiya nəzərdə tutulan vaxtdan əvvəl istismara veriləcək. 

Tezliklə Bakı Metropoliteninin daha bir stansiyası yeni görünüşdə xidmətə başlayacaq. Bunun üçün “Xətai” stansiyasında əsaslı yenidənqurma işləri sürətlə aparılır. Artıq eskolatorlarının quraşdırılması prosesi son mərhələyə çatıb. 

Almaniya istehsalı olan yeni nəsil eskalatorlar “LT 3”lərdən daha səmərələdir. Həm enerjiyə qənaət edir, həm də yükgötürmə qabiliyyəti  yüksəkdir.

Eskalator sistemi ilə yanaşı, köhnələn qurğu və avadanlıq da  müasir tələblər səviyyəsinə çatdırılacaq. Həmçinin stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənir. Ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulur.

1968-ci ildə istismara verilən “Xətai” stansiyası  Bakının ən dərin metrostansiyasıdır. Elə ən uzun eskolatorar da bu stansiyada fəaliyyət göstərir. “Xətai-Cəfər Cabbarlı” mənzilində infrastrukturun sağlamlaşdırılması, əsaslı təmir olunaraq yenidən qurulması tədbirləri mərhələli şəkildə həyata keçirilir. 3 il əvvəl yekunlaşan birinci mərhələdə stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də “Xətai-Cəfər Cabbarlı” mənzilinin 1-ci yolu müasir tələblər səviyyəsinə çatdırılıb. Yenidənqurma işlərinin ikinci mərhələsi çərçivəsində “Xətai” stansiyasının 2-ci baş yolu və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunda sağlamlaşdırma, əsaslı təmir və yenidənqurma tədbirləri planlı surətdə yerinə yetirilir. İstismar müddətini başa vuran eskalatorların yenilənməsi, eləcə də vestibülün və digər infrastrukturun əsaslı təmir olunması məhz bu mərhələnin davamı kimi nəzərdə tutulub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR