Cəmiyyət

“Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçılarının Milli Məclisin komitə sədrləri ilə görüşü olub

19-02-2019 | 17:06        

  

Fevralın 19-da “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçılarının Milli Məclisdə komitə sədrləri ilə görüşü olub.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və gənclər və idman komitəsinin sədri Ülvi Quliyev layihə iştirakçılarına parlamentin iş prinsipi, komitələrin fəaliyyəti barədə məlumat veriblər.

Gənclər müxtəlif qanun layihələrinin hazırlanması, təkliflərin verilməsi, müzakirələrin aparılması və digər məsələlər haqqında məlumatlandırılıblar. Bildirilib ki, həyata keçirilən bu cür layihələr gənclərə böyük təcrübə qazandırmaqla yanaşı, gələcəkdə onların bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını qoruyan təmsilçilər, siyasətçilər və diplomatlar kimi yetişməsinə şərait yaradır.

Sonra layihə iştirakçılarına ölkəmizdə aparılan gənclər siyasəti, qanunvericilik prosesi, həyata keçirilən islahatlar haqqında məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR