Cəmiyyət

Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb

19-02-2019 | 13:27        

  

Fevralın 19-da Beynəlxalq Mətbuat Mərkəzində əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb.

Nazir ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirilməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib.

Görüşdə Milli Məclisin deputatı Flora Qasımova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və başqaları çıxış edərək həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən məmnunluqlarını bildirib və belə görüşlərin ənənəvi xarakter almasını müsbət qiymətləndiriblər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR