İqtisadiyyat

Azərbaycan - Avropa İttifaqı Yüksək Səviyyəli Nəqliyyat Dialoqu keçirilib

19-02-2019 | 13:22        

  

Azərbaycan - Avropa İttifaqı Yüksək Səviyyəli Nəqliyyat Dialoqu keçirilib. Ölkəmizdə dəmir yolu, gəmiçilik, aviasiya sahəsində əldə edilən uğurlardan danışan Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının da yüksələn xətlə inkişaf etdiyini bildirib. Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanın nəqliyyat sahəsindəki fəaliyyətini yaxından izlədiklərini, ölkənin logistik mərkəzə çevrilməsinin şahidi olduqlarını vurğulayıb. Qonaq onu da deyib ki, Bakı-Tbilisi-Qars Avropa və Asiya arasında mühüm tranzit dəmir yoludur. Görüş regional əməkdaşlıq, çoxtərəfli məsələlər, hava, dəniz, yol, dəmir yolu və şəhər nəqliyyatı ilə bağlı mövzuların müakirəsi ilə davam edib. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR