İqtisadiyyat

Özəl pensiya sistemləri yaradılacaq

19-02-2019 | 08:13        

  

Özəl pensiya sistemləri yaradılacaq. Bununla əlaqədar istənilən şəxs müraciət edə bilər.

Bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında onu da deyib ki, martın 1-dən minimum əmək pensiyalarının artırılması bütün təqaüdçülərə şamil olunacaq. 

Minimum əmək pensiyalarının artırılması bütün qruplardan olan təqaüdçülərə aiddir və onlar 160 manatdan aşağı pensiya  almayacaq. Yeni pensiya təminatı 233 min nəfərə şamil olunacaq, onların da 140 mini əlilliyi olan şəxslərdir. Hazırda müavinətlərin verilməsi üzərində də konseptual iş aparılır. Ölkədə mövcud olan ümumi müavinət növlərinin sayı 80-ə çatır. Konseptual hazırlıq yekunlaşdırqdan sonra cəmiyyətə təqdim olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev onu da deyib ki, özəl pensiya sistemləri yaradılacaq. Bununla əlaqədar istənilən şəxs müraciət edə bilər. Lakin, özəl pensiya sisteminin yaranması üçün onun kommersiya və mənfəətlik tərəfi olmalıdır.

Sahil Babayev - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri:

- Bu, birbaşa məşğulluq bazarına, əhalinin gəlirlərinə, əməkhaqlarına, onların üzərində aparılan araşdırmalara bağlıdır. Bu gün Azərbaycanda həyat sığortası fəaliyyət göstərir. Bu, özəl pensiya sisteminin ilk pilləsidir. Onların inkişafının müəyyən mərhələsində özəl pensiya fondlarına çevrilməsi də gözləntilərdən biri ola bilər.

Özəl pensiya sisteminin tətbiqi pensiya sisteminin inkişafının dördüncü pilləsidir. İlk pillə olaraq baza pilləsi, sığorta, yığım, daha sonra könüllülük pilləsi gəlir. Artıq Azərbaycanda sığorta pilləsi geniş, yığım pilləsi isə yeni tətbiq olunur. Vətəndaşların müraciəti gözlənilmədən artıq 3600 nəfərə pensiya təyin olunduğunu deyən nazir onu da bildirdi ki, ilk “DOST”- Dayanıqlı və Operativ Sosial Təminat Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR