İqtisadiyyat

“Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək” layihəsi üzrə iclas

13-02-2019 | 14:20        

  

Benefisiar sahiblik, yəni, gizli sahibkarlıq, vergidən yayınma kimi hallarla mübarizə istiqamətində Azərbaycanda xüsusi yol xəritəsi hazırlanır. Bu sahədə görülən işlər təqdirəlayiqdir və 2017-ci ildə Prezident İlham Əliyevin “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı prosesin davamlılığını təmin edir. “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək” layihəsi çərçivəsində keçirilən ilk plenar iclasda bu barədə müzakirələr aparılıb. 

Hasilat sənayesində benefisiar sahibliyin və ya başqa sözlə, gizli sahibkarlıq, vergidən yayınma kimi hallarla mübarizə istiqamətində Azərbaycanda xüsusi yol xəritəsi hazırlanır. Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya və Asiya İnkişaf Bankının birgə layihəsi olan yol xəritəsi istiqamətində aparılan prosesin nəticəsi olaraq 3-cü hesabat hazırlanıb və məsləhətləşmələrin davamı olaraq 4-cü hesabat hazırlanacaq. Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə qoşulduğu müddətdə bir çox ilklərə imza atıb. Azərbaycan hökuməti təşəbbüsün uğurlu tətbiqi üçün əlverişli mühiti yaratmaq istiqamətində bütün zəruri addımları atıb. Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov dedi ki, Prezident İham Əliyevin 2017-ci ilin aprelində imzaladığı sərəncama əsasən, Mədən Hasilatı Sənayesində Şəffaflığın tətbiqi üzrə xüsusi komissiya yaradılıb. Bu komissiyanın fəaliyyəti və növbəti addımlardan biri də Mədən Hasilatı sənayesində Benefisiar sahibliyin açıqlanması layihəsi idi. 

Asiya İnkişaf Bankının Bakı ofisinin rəhbəri Nəriman Mannapbekov təmsil etdiyi maliyyə qurumunun ölkədə hasilat sənayesində şəffaflığın artmasına dəstək göstərəcəklərini dedi. “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək” layihəsinin məsləhətçilərindən olan Tim Lou dedi ki, İttifaqına üzv dövlətlər 2020-ci ildək Benefisar sahibliyin açıqlanması rejimlərini tam olaraq tətbiq etməlidir.

Dövlət Statistika Komitəsi sədrinin müavini Yusuf Yusifovun moderatorluğu ilə “Benefesiat Sahibliyn açıqlanması nə üçün əhəmiyyətlidir” mövzusunda panel iclas keçirildi. Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə yanaşı, Vergilər nazirinin müavini Sahib Ələkbərov,  BP Şirkətinin regional meneceri Toğrul Əhmədov və digərləri müzakirələrdə iştirak etdilər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR