İqtisadiyyat

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması nəzərdə tutulur

12-02-2019 | 08:59        

  

Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Məsələn, ötən il Bakı Beynəxalq Dəniz Ticarət Limanı vasitəsilə 3,8 milyon ton yük aşırılıb. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur. Gələcəkdə isə limanın yükaşırma qabiliyyətinin 25 milyon ton yük, 500 min konteynerə çatdırılması nəzərdə tutulub.

Bu isə bir aya təqribən 150-ə yaxın bərənin limanın xidmətlərindən istifadə etməsi və tonlarla yükün ünvanına daşınması deməkdir. Liman həftənin 7 günü bütün saatlarda yükaşırma, yanalma xidmətləri üzrə faəliyyətini davam etdirir. Məsələn bu ayın ilk ongünlüyündə artıq 37 yük dolu bərə limanda qarşılanıb-yola salınıb.

Bu xidmətlərdən istifadə edənlərin sayı isə hər ötən gün daha da artır. Səbəb isə Bakı Beynəxalq Dəniz Ticarət Limanının müasir standartlara cavab verməsi, göstərdiyi xidmətlərin beynəlxalq tələblərə uyğunluğu və əlverişli coğrafi mövqedə yerləşməsidir.

2018-ci ildə Bakı limanı vasitəsilə 3,8 milyon ton yük aşırılıb. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur.

Ümumi  yük aşırma qabiliyyəti 15 milyon tondur yük və 100 min TEU ekvivalentində konteyner olan limanda vaqonlar xüsusilə  Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurik-Bakı istiqamətinə aparılıb. Daşınan yüklər isə  qida, kənd təsərrüfatı, məişət avadanlığı,sənaye məhsulları olmaqla müxtəlif təyinatlıdır.

Gələcəkdə limanın yükaşırma qabiliyyətinin 25 milyon tona, 500 min konteynerə çatdırılması nəzərdə tutulub.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR