Mədəniyyət

VII Muğam Televiziya Müsabiqəsinin dinləmələri davam edir

11-02-2019 | 14:49        

  

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının  təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin bölgələr üzrə aparılan seçim turu başa çatıb. Bərdə, Gəncə, Şəki və İsmayıllıdan 150 nəfərə yaxın yeniyetmə müsabiqənin ilkin seçim turunda öz istedadını nümayiş etdirib. Onlardan 30 nəfəri ikinci tura vəsiqə qazanıb. 8-9 fevral tarixlərində isə Beynəlxalq Muğam Mərkəzində Bakı, Sumqayıt və ətraf rayonlardan müsabiqəyə 200-ə yaxın iddiaçı qatılıb. İkisi İranlı ifaçı olmaqla 35 istedadlı gənc növbəti tura keçə bilib. Fevralın 10-da keçirilən seçim turunda isə 20 finalçının adı açıqlanıb. Onlar VII Muğam Televiziya Müsabiqəsində iştirak etmək hüququ qazanıblar. Müsabiqə mart ayının 2-ci həftəsindən sonra  tamaşaçıların görüşünə gələcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR