İqtisadiyyat

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərini 90 faizədək icra edib

11-02-2019 | 13:10        

  

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərini 90 faizədək icra edib. Ötən il meqalayihənin bütün seqmentlərinə 1 milyard dollaradək investisiya yatırılıb. “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə ümumi investisiya məbləğinin təqribən 82 faizdən çox hissəsi artıq reallaşdırılıb. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 1,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm cari ildə 2 milyard kubmetrə çatdırılacaq. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə boru kəməri bu il TAP boru kəmərinə birləşmək üçün hazır olacaq. Azərbaycan təbii qazının Avropaya nəqli 2020-ci ildə nəzərdə tutulur.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR