Cəmiyyət

Dövlət sektorunda çalışan ən azı 600 min vətəndaşın əmək haqqının artmasına imkan yaranacaq

11-02-2019 | 11:56        

  

Xəbər verildiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə minimum əmək haqqı 130 manatdan 180 manata qaldırılıb.

Dövlət başçısının fevralın 8-də imzaladığı sərəncama əsasən, martın 1-dən minimum əmək haqqının 38,5 faiz,- başqa sözlə 50 manat artırılaraq 180 manata çatdırılması büdcədən maliyyələşən təşkilatlarda və qeyri- dövlət sektorunda çalışan ən azı 600 min vətəndaşın əmək haqqının artmasına imkan yaradacaq. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydğı məlumatda bildirilir ki,  dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq. Onların sırasına daxildir: elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər. Dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər, həmçinin dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları bu imkandan yararlana biləcək. Eləcədə, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər,- xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlələrin mimimum əmək haqqında artım olacaq. Eyni zamanda, minimum əmək haqqı artımı özəl sektorda çalışan və əmək haqqı 180 manatdan az olan işçilərin əmək haqqının artmasına səbəb olacaq ki, ilkin hesablamalara əsasən azı 150 min nəfər şəxs kateqoriyanə əhatə edir. Minimum əmək haqqının artırılması muzdla çalışanların azı 40%-nin əmək haqlarının artmasına imkan verəcək. Ümumilikdə isə  bu artım yalnız indiyədək 180 manatdan az maaş alanlara deyil, bu məbləğdən yüksək maaş alanların da aylıq əmək haqqının artması ilə nəticələnəcək. Çünki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əməyin ödənilməsi üzrə 1-ci dərəcədə aylıq əmək haqqı 143 manatdan başlayırdı və bu 130 manatıq minimum əmək haqqından 10% artıq idi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR