Xarici xəbərlər

İrəvanda təqaüddə olan hərbçilər oturaq aksiyaya başlayıblar

11-02-2019 | 11:03        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. İrəvanda təqaüddə olan hərbçilər oturaq aksiyaya başlayıblar. Səhiyyə sahəsindəki qiymət artımları da vətəndaşlar tətəfindən narazılıqla qarşılanıb. 

Ermənistan təqaüddə olan zabitlər Müdafiə Nazirliyindən şikayətçidirlər. Polkovnik-leytenant Çolak Xaçatryanın sözlərinə görə, aksiya iştirakçılarının hamısı  20 ildən artıq xidmət keçiblər. Onların əsas tələbi sosial problemlərinin həll olunmasıdır. Ordudan təxris olunsalar da hələ də mənizllə təmin edilməyiblər. Sitat: “Müdafiə Nazirliyinin siyahısında 13-cü adam idim. 5 ildir səbirsizliklə ailəmlə birlikdə  gözləyirəm ki, dövlət tərəfindən mənə 3 otaqlı mənzil veriləcək. 4 övladım var. Bu kateqoriyadan olan hərbçilər siyahısında tək mən deyiləm mənim kimi minlərlədir. Yəqin ki, səngərdə xidmət çəkən  hərbçilər bizə baxacaqlar. Əgər bu qərar ləğv edilməsə, ehiytada olan hərbçi zabitlər aclıq aksiyasına başlayacayıq.” Sitatın sonu... Onlar sağlamlıqlarını boş yerə itirdklərini də deyirlər. Bildirilir ki, oturaq aksiya keçirsələr də, heç bir rəsmi qurum səslərinə səs vermir.  Ehtiyatda olan zabitlər xidmətdə olan gənc hərbçilərə onlara baxıb ibrət dərsi götürməyi də tövsiyyə ediblər. Səhiyyə sahəsindəki qiymət artımları da vətəndaşlar tətərfindən narazılıqla qarşılanıb. Əsasən də uşaq xəstəxanalarında vəziyyət daha ağırdır. Etitazçılar xərclərinin birdən-birə 2 dəfə qalxdığını deyirlər. Şikayətçi valideynlərdən olan Hasmik Aşotyan bildirir ki, xəstəxanada uşaqların müalicəsi üçün bizdən 10 000 dram yəni 48 dollar istəyirlər. Biz bu pulları hardan tapaq verək? “Arapkir” xəstəxanasının sahibi keçmiş spiker Ara Babloyan, bu barədə nə fikirləşir? Bu səhiyyə ocağı Ermənistanda yeganə xəstaxanadır ki, körpələrin əqli zəifliyi və nevroz müalicələri orada həyata keçirilir. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar ən azı ildə 3 dəfə müalicə kursunu almalıdırlar. Belə davam edərsə, Ermənistanda xəstə körpələrin sayında xeyli artımlar olacaq, Çünki valideynlərin onları müalicə etməyə imkanı yoxdur”. Etirazçılr səhiyyə sahəsindəki çatışmazlıqlara da diqqət çəkməyə çalışıblar. Həkimlərin səhvi nəticəsində neçə-neçə uşağın şikəst qaldığı bildirilir. Qeyd edilir ki, hazırda Ermənistanda peşəkar tibb işçisi tapmaq çox çətindir. Mütəxəssislərin çoxu xarici ölkələrdə qaçıblar. Məsələ isə  Səhiyyə Nazirliyini qəti narahat etmir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR