Cəmiyyət

Peşə təhsilinə maraq artıb

11-02-2019 | 10:28        

  

Məşhur fransız yazıçısı Andrea Morua “öz uşaqlarınıza mütləq bir, yaxud bir neçə peşə öyrədin” deyir. Uzun illərin təcrübəsi də göstərir ki, əl qabiliyyəti olan insanlara hər zaman ehtiyac var. Bu amil nəzərə alınaraq ölkəmizdə peşə təhsilinin inkişafına xüsusi önəm verilir. Həyata keçirilən islahatlar, əmək bazarının bacarıqlı  işçi qüvvəsinə olan tələbatı, peşə məktəblərinə müraciət edənlərin sayını artırıb.

Peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf edən cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın prioritet sahələrinə marağın artması peşə təhsili və təlimi sahəsinin təkmilləşdirilməsini zəruri edib. Maddi-texniki baza yenilənib. Belə məktəblərin vasitəsilə sənət sahibi olmaq istəyənlərin də sayı çoxalıb.

Son 10 ildə peşə təhsili almaq üçün müraciət edənlərin arasında orta attestat balı “4”-dən yuxarı olanların sayı xeyli artıb.  Bu isə o deməkdir ki, cəmiyyətdə peşə təhsilinə olan köhnə fikir dəyişib. Yəni daha bu təhsil müəssisələrini əvvəllər olduğu kimi yalnız orta məktəbi zəif qiymətlərlə oxuyanlar seçmir.

Hazırda peşə təhsili müəssisələrində 168 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Qəbul isə “ASAN Peşə” layihəsi çərçivəsində ASAN xidmət mərkəzlərində həyata keçirilir.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq bu sahədə  rasionallaşdırma və optimallaşdırma işləri həyata keçirilib. Nəticədə paytaxt və regionlarda fəaliyyət göstərən 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşan 24 Peşə Təhsil Mərkəzi yaradılıb. Eyni zamanda əmək bazarının təlabatı yüksək olan prioritet sahələr üzrə ixtisaslı yeni kadrlar hazırlaya biləcək 10 pilot peşə təhsili müəssisəsi seçilib. Gənclərin peşə təhsilinə cəlb olunması məqsədilə ümumtəhsil məktəblərində də mütəmadi iş aparılır. Tez-tez  “Açıq Qapı” günləri keçirilərək orta məktəb şagirdləri və valideynlər peşə məktəblərinə dəvət olunaraq onlara tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilir.  Peşə təhsili birbaşa işsizliyin aradan qaldırılmasına və gənclər arasında məşğulluğun təmin olunmasına xidmət edir. 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yenidən qurulan daha bir Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. 4 peşə məktəbində isə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR